9 Avqust 00:43
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla müttəfiqlik münasibətlərimiz və qardaşlıq bağlarımız müstəsnadır. Dünyada bunun anoloqu yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ayrıca, tarixi çətin dövrləri hər iki, yəni bir millət olan Azərbaycan və Türkiyə xalqını bir-birinə daha da yaxınlaşdırıb. Bir əsr əvvəl Azərbaycan türkləri milli mübarizəmizə dəstək üçün əlində, ovcunda nə var isə qardaş köməyi deyərək Türkiyəyə göndərdi. Yəni, qardaşlarımız Qurtuluş savaşımızda bizləri tək qoymadılar. Qardaş köməyini 2020-ci ildə də gördük. Can Azərbaycanın Qarabağın işğaldan azad edilməsinə şahid olduq. Amma eyni zamanda bu səfər bütün Türkiyə xalqı Can Azərbaycanın yanında oldu”, - deyə Çavuşoğlu qeyd edib.


Müəllif: Teleqraf.com