26 Avqust 2022 15:52
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barəmdə səslənən mənasız fikirlərə cavab vermək niyyətim yoxdur. Sahibləri, ağaları haradan yönəldib bizim üstümüzə göndərirsə, onu bilirik. Qlobal işlərlə məşğuluq, ölkənin gələcəyi, Qarabağla ilə bağlı konsepsiyalar ortaya qoyuruq. Özünü tanımayan insanlar hərəsi bir söz deyəcək, kiminsə əlinə bir mətn yazıb verəcəklər ki, bunu de, bunlar bizim cavab verəcəyimiz məsələlər deyil.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa barəsində səslənən iddialara cavab verərkən deyib.

Partiya sədri hesab edir ki, ona qarşı olan bu kampaniyanı idarə edənlər var: “Göstəriş verilib ki, gedin bu adamı "vurun". Durub deyir ki, Darya Duqinanı Azərbaycana Fazil Mustafa gətirib. Belə qanmaz adamlara cavab vermək əslində yersizdir. Duqinanı tanımıram, sadəcə olaraq Aleksandr Duqini böyük filosof kimi tanıyıram. Onun əsərlərini oxumuşam, söhbətlərimiz olub. Cocuq Mərcanlıya da onu dəvət etmişdik ki, o, orada "Qarabağ Azərbaycandır və ermənilər buradan çıxmalıdır!" desin. Biz rusu və digər millətlərin nümayənlərini dəvət edirik ki, bu həqiqətləri söyləsinlər. Bizi maraqlandıran Qarabağ idi. O da Qarabağa gəldi, səngərdə "Qarabağ Azərbaycandır və ermənilərin buradan çıxmalıdır" dedi”

Fazil Mustafaya görə, bu gün ona qarşı çıxanların elementar biliyi belə yoxdur: “Bu gün o adama desən ki, tərcümeyi-halını yaz, yaza bilməyəcək. Faciə də məhz bundadır. Bu adamları 30 ildir tanıyıram. Sadəcə olaraq bunlara deyirlər ki, filankəsi “vurmaq” lazımdır, o, filankəsin adamıdır. Onların filankəsin adamı dediyi 25 kitab yazıb. Gör siz birini yaza bilərsinizmi? 25 əsərimdən birini götürsün desin ki, mən də əsər yazacam! Bu mümkün deyil. Sadəcə olaraq indi onlara meydan veriblər. Ağıllarına gələni danışırlar. Məqsədləri odur ki, bizi sosial şəbəkələrdən vurub çıxarsınlar. İndi görürsüz sosial şəbəkələrdə bir nəfər də olsun millət vəkili qalmayıb. Hamını qaçırıblar. Bir mən qalmışam sosial şəbəkələrdə söz deyən... Düşünürlər ki, bu cür yollarla məni də buradan uzaqlaşdırsınlar. Mən çıxandan sonra nə olacaq? Burada da kimsə normal bir söz deməlidir axı... Ona görə də, bu cür xəstə təfəkkürlü adamların fikirlərinə əhəmiyyət vermək lazım deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər