23 Fevral 2023 11:59
2 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın yolu Azərbaycan ərazisidir. Ona görə də, Azərbaycan burada nəzarət-buraxılış məntəqəsinin yaradılmasını təmin edə bilər. Burada Ermənistanın nəyi istəyib-istəməməsi bizə o qədər də lazım deyil.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması rus sülhməramlıları ilə yoluna qoyulacaq: “Eyni zamanda bu prosesdə də iki illik təcrübə var. Azərbaycan öz hədəflərinə çatır. Ona görə də, Laçın yolunda gec-tez nəzarət buraxılışı yaradılacaq”.

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti, ABŞ dövlət katibi və Ermənistanın baş naziri ilə görüşdə nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər