Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycandan sonra üç günlük işgüzar səfərlə Hindistana gedib.
Teleqraf.com xəbər verir ki, Yeni Dehlidə rusiyalı diplomatın hindistanlı həmkarı Subramanyan Cayşankar ilə görüşəcəyi, G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcəyi, həmçinin Çin, Braziliya və digər ölkələrin tərəfdaşları ilə danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda iki günlük səfərdə olub. O, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində "21-ci əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" tematik konfransında iştirak edib.