15 Mart 2023 15:31
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimin nə düşünməsindən asılı olmayaraq Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından istefa verməyimlə bağlı yaydığım bəyanatda əksini tapan bütün məsələlər səmimidir.

Bunu Teleqraf.com-a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla ADR Hərəkatından istefa verməsinə münasibət bidirərkən deyib.

Professor siyasi mövqeyinin dəyişməz olaraq qaldığını bildirib: “Düşərgəmiz də müxalifət düşərgəsi olaraq qalır. Sadəcə olaraq artıq həmin hərəkatda fəaliyyət göstərməyimiz real və məntiqli görünmür. Məsələ budur.

Hansı partiyada təmsil olunmağıma gəlincə, hələlik ortada bir plan yoxdur”.

Qeyd edək ki, martın 14-də Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatından istefa verməsi ilə bağlı bəyanat yayıb.


Müəllif: Yeganə Oqtayqızı