21 Aprel 2023 12:41
7 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizi əvəzinə ortaya atılan “Ermənistan kəsişməsi” termini coğrafi və iqtisadi cəhətdən düzgün deyil. Çünki iki Ermənistan olmadığı halda necə kəsişmə xətti ola bilər ki?.. Ona görə də, bu absurd bir yanaşmadır. Bunun hüquqi, geostrateji yükü yoxdur. Bu sadəcə olaraq ermənilərin psixologiyası ilə bağlı olan bir məsələdir. Onlarda natamamlıq kompleksi olduğuna görə, Zəngəzurun adının olması belə erməniləri havalandırır.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, əslində bu ideya ermənilərə məxsus deyil:

“Çünki onlarda elə bir ağıl yoxdur. Bu İranın, farsların düşündüyü bir plandır. Əsas məqsəd odur ki, burada Zəngəzur sözü olmasın. Amma Azərbaycan Prezidenti bununla bağlı Orta Dəhliz Məsələsini konseptual olaraq ortaya qoyub. Şərq-Qərb-Cənub dəhlizi olduğu halda Orta Dəhlizin olması da labüddür. Bir qara qəpiyi olmayan Ermənistanın isə bura hansısa bir investisiya qoyması mümkün deyil”.

Politoloq hesab edir ki, erməni tərəfinin Azərbaycana kommunikasiya xətlərinin Laçın-Gorusdan keçməklə Naxçıvana, Şahbuza çıxışı təklifini etməsi çox gülüncdür:

“Çünki bu ərazilərdə qış çox sərt keçir. Eyni zamanda bu ərazilərdə coğrafi relyef çox mürəkkəbdir. Belə olduğu halda iri yük avtomobillərinin həmin dolaylardan necə keçməsini ermənilər düşünsə yaxşı olardı”.

Cümşüd Nuriyevin fikrincə, Zəngəzur dəhlizi əvəzinə ermənilərin bu yolu Çin-Türkiyə, İran-Ermənistan dəhlizi adlandırması ilə prosesin mahiyyəti dəyişmir:

“İndiki halda onların “Ermənistan kəsişməsi” terminini ortaya atmaqla İranı da sanki Ermənistan kimi qəbul etməsi absurd görünür. Əslində İran Culfa dəmir yolu ilə kommunikasiya yarada bilər. Eyni zamanda İranın Azərbaycanın Ağbənd ərazisindəki istiqamətdə olan yoldan bu xəttə qoşulması mümkündür. Ümumiyyətlə Ermənistan Zəngəzur dəhlizi məsələsindən nə qədər qaçmağa çalışsa bu siyasi, iqtisadi bir zərurətdir. Bunun reallaşması gec-tez mütləqdir. Geosiyasi prosesləri analiz etsək Avropanın buradan yeganə çıxış yolu Orta Dəhliz yəni, Zəngəzurdan keçən xətt hesabına mümkün olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər