22 Aprel 2023 14:50
3 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün rus sülhməramlılarının müşayiəti ilə Ermənistandan Xankəndiyə gizlin yollarla növbəti hərbi yüklərin və şəxsi heyətin daşınması faktı qeydə alınıb. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı görüntüləri yayıb. Görünən odur ki, havalar isinib, qar əridikcə keçid yollarının sayı da artır. Qış aylarında qarla örtülü, keçilməsi mümkün olmayan yollardan bu gün asanlıqla hərəkət etmək olur.

Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Xankəndiyə qanunsuz silahlılar üçün hərbi yüklərin daşınmasında rus sülhməramlıları birbaşa iştirak edir:

“Bunu ötən gün yayılan görüntülərdən də aydın görmək olur. Fakt odur ki, rus sülhməramlıları Xankəndiyə hərbi maşın kalonlarında kənd təsərrüfatı üçün kotan və yaxud buğda daşımır. Onların məqsədi Xankəndidəki separatçıları daha çox silahlandırmaq və təminatlarını yüksək səviyyədə saxlamaqdır. Sonradan məlum olub ki, bu yaxınlarda baş separatçı Araik Arutunyan qızana toy edirmiş. Yəqin ki, rus sülhməramlılarının müşayiəti ilə erməni hərbi maşın kalonlarında Arutunyanın qızı üçün cehiz də daşınırmış”.

Polkovnikə görə, rus sülhməramlıları özlərini elə vəziyyətə salıblar ki, separatçı Arutunyanın qızı üçün hərbi maşınlarda cehiz daşımaqla məşğuldurlar:

“Bu sözsüz ki, həyasızlığın və erməni yaramazlığının son həddi hesab edilir. Amma fakt odur ki, həmin hərbi maşınlarda cehizlə yanaşı silah-sursat, şəxsi heyət və onların təminatı üçün zəruri şeylər daşınıb. Təbii ki, Xankəndiyə daşınan silah-sursat sonradan dərs vəsaiti kimi istifadə edilməyəcək. Bu, Azərbaycan əsgərinə qarşı atılacaq mərmilərdir”.

Üzeyir Cəfərov hesab edir ki, erməni tərəfi Azərbaycanın son çağırışlarından belə nəticə çıxarmaq istəmir:

“Onlar yenə də hansısa hüquqlardan, təhlükəsizlikdən danışır. Vəziyyəti elə mürəkkəbləşdiriblər ki, bundan çıxmaq onlar üçün çətin olacaq. İndiki halda Nikol Paşinyan KTMT-ni da Ermənistanla Azərbaycan sərhəddinə gətirir. Avropa missiyasından sonra KTMT-nun bura gəlməsi tamam başqa mətləblərdən xəbər verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər