Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 22-də ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçlə görüşüb.
Nazirlər Kabinetindən Teleqraf.com-a verilən xəbərə görə, görüşdə Azərbaycanla Monteneqro arasında müxtəlif sahələrdə münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.
İki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında parlamentlərin rolu yüksək qiymətləndirilib. Görüşdə həmçinin Azərbaycan-Monteneqro qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub.