“Ermənistan və Azərbaycan 1975-ci ilin xəritələri əsasında delimitasiya aparmağa hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəlinib.
O, qeyd edib ki, ümumilikdə müzakirəni faydalı hesab etmək olar.
Baş nazirin sözlərinə görə, danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub.