Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarına 1 milyondan çox mina yerləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində paylaşım edib.
“2020-ci ilin noyabrından bəri 300-dən çox azərbaycanlı mina qurbanı olub. Azərbaycan dünya miqyasında minalarla ən çox çirklənmiş ölkədir. Ermənistan mina terrorunu davam etdirir”, - H.Hacıyev qeyd edib.