15 Sentyabr 2023 17:01
1 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənubi Qafqaz Rusiya imperiyasının işğalı dövründə yalnız iki xalqın - gürcülərin və azərbaycanlıların öz dövlət qurumlarına malik olduğu bir bölgə idi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Eldar Namazov deyib.

“Rusiya imperiyası tərəfindən işğal edilənə qədər Cənubi Qafqazın siyasi xəritəsində nə “Ermənistan”, nə də “Dağlıq Qarabağ” vardı.

Cənubi Qafqaz Rusiya imperiyasının işğalı dövründə yalnız iki xalqın - gürcülərin və azərbaycanlıların öz dövlət qurumlarına malik olduğu bir bölgə idi: Gürcü Krallığı və Azərbaycan xanlıqları. Yalnız Cənubi Qafqazın işğalından sonra Rusiya imperatorunun fərmanı ilə burada - Azərbaycan torpaqlarında ermənilər üçün süni şəkildə “erməni bölgəsi”, sonra isə “Dağlıq Qarabağ” yaradıldı. Bu sual təkcə tarixçilər üçün deyil, həm də müasir siyasətçilər və diplomatlar üçün nəzərdə tutulub: Rusiya Cənubi Qafqazı tərk edəndə, süni şəkildə yaradılmış bu şeylərin taleyi necə olacaq? Rusiya onları özü ilə aparacaqmı? Yoxsa necə?”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər