5 Dekabr 2023 09:05
6 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında hazırda sərhəd və digər məsələlər ətrafında danışıqlar gedir. Erməni tərəfi bəzi iddialar səsləndirir. 31 kənd və s. kimi absurd məsələlərdən danışırlar. Amma bunlar real gücə arxalanan söhbətlər deyil. Kimsə öz mövqeyini deyə bilər. Əgər onun arxasında real güc yoxdursa, bu heç nəyi dəyişmir.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, Azərbaycan rəsmiləri erməni tərəfi ilə danışıqlarda real gücə əsaslanır:

"Onların arxasında Azərbaycan Ordusu, müttəfiqləri, Türkiyə, Pakistan, İsrail dayanır. Ermənistanın arxasında Emannuel Makron, Hindistan dayanır. Onlar isə heç kimdir və haradan-hara iddia etdiklərini dərk etmirlər. Yəni, bu gün real mənzərə əslində hər şeyi deyir”.

Politoloq hesab edir ki, indi Azərbaycana qarşı yanaşmalar dəyişir:

“Sülh məsələsində Azərbaycan və erməni xalqından başqa heç kəs maraqlı deyil. Çünki döyüşən, qurban verən bizik. Bundan kənarda olanlar isə prosesdən nəsə qazanmaq istəyir. Ona görə də, kənar faktorlara bu prosesdə yer almağa imkan vermək olmaz”.

Zərdüşt Əlizadə indiki halda Ermənistanın kommunikasiyalarla bağlı məsələni gündəmə gətirməsinin fərqli arqumentlərə bağlı olduğunu söyləyib:

“Zəngəzur dəhlizi hələ işlək deyil, yaxın bir ilə və il yarıma işləməsi də mümkün deyil. Çünki bu yola bir rels qoyulmayıb, mıx vurulmayıb. Odur ki, bu uzaq gələcəyin işidir. Bu yol açılmadıqca Azərbaycan Ermənistana digər yollardan istifadəyə imkan verməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı