Növbədənkənar prezident seçkilərinin favoriti məlumdur. Əsas etibarı ilə adamları fevralın 7-dən sonrakı dövrdə nə baş verəcəyi maraqlandırır.
Bunu Teleqraf.com-a Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
Onun sözlərinə görə, bir qrup pessimist düşünənlər dəyişikliyin olmayacağı fikrindədir, amma özünün də daxil olduğu xeyli qisim güman edir ki, bu il ciddi dəyişikliklər, reformların başlanması üçün yaxşı imkandır.
"Hərbi-siyasi istiqamətdə, müharibədə qazanılan nailiyyətlərin ölkə daxilində də davam etdiriləcəyini, yəni xarici siyasətin davamı olaraq daxili siyasətin fərqli məcrada qurulacağını gözləyirik və istəyirik”, - Pənah Hüseyn bildirib.
Partiya sədri özünün seçkiyə qatılmamasını Azərbaycan Xalq Partiyasının idarə heyətinin qərarına əsaslandığını söyləyib: “Mənim prezidentliyə hazırkı namizədlərlə münasibətim var. Onlarla bağlı heç nə deyə bilmərəm, hər kəsə uğurlar arzulayıram”.