7 Fevral 20:30
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərdə uyğunsuzluq müşahidə etmədik. Proses müvafiq qaydada keçirildi. Vətəndaşlar çox aktiv idilər. Müşahidəmə əsasən 80 faizdən daha çox vətəndaş seçkilərdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndəsi Konstantin Vlasis ölkəmizdə baş tutan növbədənkənar prezident seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında səsləndirib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının heyət rəhbəri Petar Kanev seçki prosesinin uğurlu olduğunu deyib:

"Açığı deyim ki, seçicilərdən belə aktivliyi gözləmirdim. Seçki prosesi çox uğurlu oldu. Keçmiş və gələcək prezident İlham Əliyevi təbrik edirəm".

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndəsi, Gürcüstan deputatı Ramaz Nikolayşvili isə qeyd edib ki, seçki prosesi texniki cəhətdən çox yüksək səviyyədə təşkil olunmuşdu: "Bu seçki avropalı mütəxəssislərimiz bütün suallarına cavab verdi. Belə ki, bütün bəndlər üzrə verilən sözlər yerinə yetirildi. İlkin nəticələri bilirsiniz, ona görə də sizi təbrik edirəm. İlham Əliyevi şəxsən tanıyıram. O, regionun lideridir. Mən istərdim ki, siz onun necə böyük işlər gördüyünü lazımınca qiymətləndirəsiniz. Mənim səsvermə hüququm olsaydı, səsimi İlham Əliyevə verərdim".


Müəllif: Nərmin

Oxşar xəbərlər