Naxçıvan sakinləri bu gün ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini yüksək əhval-ruhiyyə ilə qarşılayıblar.
Teleqraf.com xəbər verir ki, səslər hesablandıqdan və "exit-poll" nəticələri elan edildikdən dərhal sonra Naxçıvan şəhər sakinləri küçələrə axışıb, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yenidən Prezident seçilməsini musiqi sədaları altında üçrəngli dövlət bayrağımız və səsləndirdikləri şüarlarla böyük sevgi, coşqu ilə qeyd edib, rəqs ediblər.