26 Mart 10:46
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qoşunları cəbhədəki mövqelərindən geri çəkilməyə məcburdurlar.

Teleqraf.com xəbər verir ki, bunu “Politico”ya Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukrayna qoşunları mövqelərini itirəndə gəlin bunun səbəbinə baxaq. Bunun səbəbi, Rusiyanın kütləvi şəkildə modernləşdirilmiş təyyarə idarəolunan bombalardan istifadə etməyə başlamasıdır”, - o qeyd edib.

Onun sözlərinə görə, onlara qarşı mübarizənin yeganə yolu hava hücumundan müdafiə sistemini gücləndirməkdir. Bununla bağlı Kuleba bir daha Qərbdən müvafiq hava hücumundan müdafiə sistemləri istəyib.


Müəllif: Pərvin Cəfərova