13 İyun 23:23
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də keçiriləcək seçkilər yaxınlaşdıqca müxtəlif şirkətlər tərəfindən sorğular keçirilir.

Teleqraf.com xəbər verir ki, "Reuters" və "Ipsos"un birgə keçirdiyi son sorğuda Donald Tramp hazırki prezident Co Baydeni 2 xal qabaqlaya bilib.

Keçirilən sorğuya görə, Respublikaçı Trampa səs verəcəyini deyən seçicilərin nisbəti 41 faizə çatıb, demokrat Baydenə üstünlük verəcəyini deyən seçicilərin nisbəti isə 39 faizdə qalıb. İştirakçıların 20 faizi qərarsız olduqlarını və ya səsvermədə iştirak etməyi planlaşdırmadıqlarını bildiriblər.

Digər tərəfdən, ölkə daxilində seçki anketlərini tərtib edən Real Clear Politics (RCP) tərəfindən dərc edilən sorğularda Tramp kiçik fərqlə də olsa, Baydeni qabaqlayır.

Şirkət tərəfindən keçirilən son 9 ümummilli sorğunun orta göstəricisinə görə, Tramp səslərin 45,2 faizini, Bayden isə 44,8 faizini qazanıb.

Noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkiləri öncəsi baş tutan ilkin seçki prosesində Demokratlar üçün Bayden, Respublikaçılar üçün Tramp kifayət qədər nümayəndə sayına asanlıqla çatmışdı.


Müəllif: Arzu

Oxşar xəbərlər