Sui-qəsd cəhdindən sonra ABŞ-nin keçmiş prezidenti Donald Trampın təhlükəsizliyi gücləndirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili təhlükəsizlik naziri Alejandro Mayorkas məlumat verib.
Onun sözlərinə görə, bu qərar təhdidlərin artması və Trampın prezidentliyə rəsmi namizəd statusuna gözlənilən keçidi fonunda qəbul edilib.
Nazir bildirib ki, siyasətçinin təhlükəsizlik personalı genişləndirilib.