30 Avqust 19:51
8 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Gürcüstan və Ermənistandan fəqli olaraq, öz qüvvəsi və müttəfiqləri ilə güclü və dayanıqlı təhlükəsizlik çətiri əldə edib.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya funksioneri Azərbaycan-Türkiyə müttəfiqliyinin əhəmiyyətinə diqqət çəkib:

“Dünyada Türkiyə və Azərbaycan qədər təbii müttəfiqlik və işbirliyi quran iki ölkə nadir hallarda görünür. Müttəfiqlik təkcə siyasi-iqtisadi maraqlar üzərində qurulmayıb, bu, həm də yeni dünya sistemində varolma, ayaqdaqalma birliyidir.

Şuşa Bəyannəmasi Azərbaycan təkcə dost-qardaş ölkə olaraq yox, həm də NATO-nun vacib dövləti olan Türkiyə ilə hərbi əməkdaşlığını, birgə müdafiənin təşkilini təmin edir.

Sənəddən sitat: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq”.

Bu sənəd iki milyonluq Ermənistana qarşı imzalanmayıb. Ermənistana bizim ordumuz bir qırağa, polis güclərimiz cavab verib susdurmaq üçün yetərlidir. Bu sənəd Azərbaycana Şimal və Cənubdan gələn təhdidləri neytrallaşdırmaq, təhlükəsizlik çətiri yaratmaq üçün lazım idi. İmzalanmış sənədlər və əlaqələrin yüksək səviyyədə olması bu təhdidləri neytrallaşdırdı”.

Natiq Cəfərli Azərbaycanın təhlükəsizliyin təmin edilməsi baxımından digər bölgə ölkələrindən fərqləndiyini vurğulayıb:

“Azərbaycan təhlükəsizlik problemini böyük ölçüdə çözüb. Azərbaycan qonşularımızdan fərqli olaraq, öz qüvvəsi və müttəfiqləri ilə güclü və dayanıqlı təhlükəsizlik çətiri əldə edib. Bu gün Gürcüstan və Ermənsitanda daxili təlatümlərin əsas səbəbi təhlükəsizlik çətiri axtarışıdır. Rusiya çətiri işləmir, dəlmə-deşikdir, başqa çətir isə tapa, tapdıqlarına da güvənə və anlaşa bilmirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər