COVID-19 infeksiyasına qarşı peyvəndlə bağlı daha bir şad xəbər Ankaradan gəlib. Gedişat belə davam edərsə, Türkiyə ilin sonuna peyvəndi istifadəyə verəcək.
Teleqraf.com xəbər verir ki, 5 ay əvvəl peyvəndin hazırlanması üçün Orta Şərq Texniki Universiteti, Ankara Universiteti və Qazi Universiteti, genetika, biyokimya və tibbin digər sahələrinin tanınmış mütəxəssislərindən ibarət 40 nəfərlik heyət yaradılıb.
Heyətə daxil olan professor Nuray Yazıxan bildirib ki, əldə olunan nəticələr dünyada peyvənd üzərində aparılan işlərlərlə paralel səviyyədədir: “Bizim üzərində işlədiyimiz burun peyvəndinin alternativi yoxdur. Burun peyvəndi çətin peyvənddir, digər tərəfdən onun tətbiqi sahəsi virusla mübarizə üçün çox əlverişlidir, inyeksiya kimi müxtəlif tətbiq üsulları ilə müqayisədə daha yüksək effektivliyə malikdir.
Belə vaksin həm immuniteti artırır, həm də onun yan təsirləri olmur. Vaksin artıq heyvanlar üzərində sınaqdan keçirilib, müsbət nəticəni əldə edilib".