22 Avqust 2020 18:09
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada pandemiya ilə mübarizə davam edir. Son 24 saat ərzində Braziliyada 1 054, Hindistanda 945, Meksikada 504 nəfər virus səbəbilə dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) prezidenti Tedros Adhanom Ghebreyesus yeni növ koronavirus epidemiyasının iki ildən az müddətdə bitəcəyini ümid etdiyini bildirib.

Onun sözlərinə görə, 1918-ci ildə İspan qripi epidemiyası ilə mübarizə də 2 il vaxt alıb:

“İspaniya qripi ilə müqayisədə koronavirus dövründə insanların aktivliyinin daha çox olması virusun yayılması üçün şərait yaradır. Lakin mövcud texnologiya və məlumatlarımız pandemiyaya daha qısa müddətdə qalib gəlməyə imkan verir”.

Qeyd edək ki, 1918-ci ildə İspan qripi ən az 50 milyon insanın ölümünə səbəb olmuşdu.


Müəllif: Aysel Azad