24 Avqust 2020 14:53
2 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Paşam, hey" adlı mahnı ötən ay Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimova həsr olunub. Sözləri mənə, musiqisi isə Faiq Sücəddinova məxsusdur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev (Urud) deyib.

Millət vəkili bildirib ki, mahnının yazılması barədə ideya müəllifi məşhur hərbi mahnıların ifaçısı Şəmistan Əlizamanlıdır:

"Təklif etdi ki, sözlərini yazım. Fikrimcə, Şəmistan Əlizamanlınınn ifasında səslənən mahnı çox uğurlu alınıb. Şəhid generalımız Polad Həşimova həsr olunan belə bir mahnının sözlərini yazmaq mənim üçün qürurvericidir. Mahnı bir neçə gün əvvəl sosial şəbəkələrdə yerləşdirilib. Cəmiyyət arasında da çox xoş qarşılandı. Təqdimatla bağlı dəqiq tarix hələ ki seçilməyib. Yaxın zamanda isə Prezident Administrasiyasında mahnının təqdimatı keçiriləcək".


Müəllif: Aysel Azad