27 Avqust 2020 15:55
2 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşıl çayın orqanizmə bir çox faydası var. Qan dövranı sistemində tənzimləyici təsiri olan yaşıl çay arıqlamaq istəyənlərin sevimli içkisidir. Digər çaylar kimi yaşıl çay da həddindən artıq istehlak edilməməlidir.

Teleqraf.com xəbər verir ki, yaşıl çay Kamelia Sinensis adlanan bitkinin yarpaqlarından hazırlanır. O, tez yığılmalı, qovrulmalı və qurudulmalıdır.

Yaşıl çayın təsirini göstərməsi üçün mütəmadi içilməsi tövsiyə edilir. Yaşıl çayın tərkibində amin turşuları, karbohidratlar, E, C və B vitaminləri var. Sağlamlıq üçün lazım olan bir çox mineralları ehtiva edən yaşıl çay bədənin istənilən vitaminləri qəbul etməsini yardımçı olur.

Yaşıl çay qanda qlükoza səviyyəsini müəyyən tarazlıqda saxlayır. Diabetin inkişafının qarşısını almağa kömək edir. Qandakı qlükoza səviyyəsi tarazlıqda saxlayaraq şəkərli diabetin inkişafı yavaşıdır. Diabet xəstələri yaşıl çay istehlak etməzdən əvvəl mütləq həkimlərinə müraciət etməlidirlər.

Yaşıl çayın tərkibindəki antioksidanlar bədəndə hüceyrə zədələnməsinin qarşısını alır. Yaşıl çay istehlakı ilə qorunan hüceyrələr dərinin qocalmasının qarşısını alır. Mütəmadi yaşıl çay içənlərin onun qocalma əleyhinə təsirini açıq hiss edirlər. Dəri sağlamlığından əlavə, yaşıl çay saç qurumasının qarşısını alır, saç və saç dərisinin sağlam olmasına kömək edir.

Yaşıl çay arıqlamağa da kömək edir. Maddələr mübadiləsini sürətləndirir və yığılmış yağın asanlıqla yandırılmasına kömək edir. Onun tərkibindəki aktiv maddələr sayəsində yağ yandırıcı hormonlar işə düşür və orqanizm sağlam şəkildə çəki verməyə başlayır. Lakin təkcə yaşıl çay arıqlamağı təmin edə bilməz.

Yaşıl çay istehlakı qan təzyiqi və maye balansının qorunmasına da kömək edir. Böyrəklər tərəfindən ifraz olunan renin adlı fermentin nəticəsi olan hormon qan təzyiqinin artmasına səbəb olur. Yaşıl çay burada işə başlayır və bu fermentlərin ləngiməsinə, təzyiq səviyyəsini normal saxlanmasına kömək edir.

Yaşıl çayın gündə 3 stəkandan çox içilməməsi tövsiyə olunur. Əks halda baş ağrısı, yuxu problemləri, mədə ağrısı, mədədə yanğı hissi, başgicəllənmə, diareya və qusmaya səbəb ola bilər.

Xroniki xəstəlikləri olan insanlar həkimə müraciət etmədən yaşıl çay istehlak etməməlidirlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər