Düzgün qidalanma ilə siqareetin zərərli təsirlərindən az da olsa qorumaq mümkündür.
Teleqraf.com bədəndəki nikotini təmizləyən və onun ifraz olunmasını asanlaşdıran qidaları təqdim edir:
Çuğundur
Mükəmməl dəmir və polad qaynağı olan çuğundur nikotin düşmənidir. Qanı təmizləməklə yanaşı qaraciyər üçün də faydalıdır.
Çuğundura qırmızı rəng verən piqment betasyanin güclü antioksidandır və şişlərlə mübarizədə kömək edir.
Zəncəfil
Bədəni nikotindən təmizləyən başqa bir qida antioksidan xüsusiyyətə malik zəncəfildir.
Möcüzəvi qida olan zəncəfil ağciyərlərin nikotindən təmizlənməsinə kömək edir. Eyni zamanda, siqaretin dadını dəyişdirərək çəkmək istəyini azaldır.
Portağal
Portağal yalnız C vitamini ilə deyil, xərçənglə mübarizə aparan fitokimyəvi maddələr və flavonoidlərlə də zəngindir. Portağal qan dəyərlərini artırmağa və qan yeniləməsinə də kömək edir.
İspanaq
Nikotinlə mübarizə aparan digər bir qida əhəmiyyətli dərəcədə dəmir və folik turşusu olan ispanaqdır.
Bədənə qəbul edilən folik turşusu tütünün dadını dəyişdirir və siqaret çəkmək istəyini azaldır.
İspanağın tərkibində həm antioksidan, həm də xərçəng əleyhinə xüsusiyyətlərə sahib flavonoidlər var.
Su
Bədəndə yığılmış nikotinllərin çıxmasında ən təsirli qida maddələri içərisində su da var.
Su orqanizmdəki zərərli radikalların təmizlənməsində mühüm rol oynayır.
Zərdaçal
Zəncəfil ailəsinin üzvü olan zərdaçalın bir ensiklopediyanı dolduracaq qədər faydası var. Antioksidan kimi fəaliyyət göstərən zərdaçal qaraciyərin dostudur.
Hindistanda əsas qida maddəsi olan zərdaçal sayəsində xərçəngə demək olar ki, heç rast gəlinmir. Bu qidalardan istifadə etməklə nikotinin zərərləri azaldıla bilər.
Brokoli
Brokoli qaraciyərə ciddi ziyan vuran nikotinlə mübarizə üçün istehlak edilməli qidalardan biridir.
C vitamini ilə zəngin olan brokoli xərçəngdən qoruyan fitokimyəvi maddələr ehtiva edir.
Kök
Yerkökü suyu nikotinin bədəndən çıxarılmasında böyük rol oynayır. Yerkökünün tərkibindəki A vitamini ilə nikotinin dəriyə zərərini də azaldır.
100 qram yerkökü gündəlik A vitamini ehtiyacının 60 faizini ödəyə bilər. Araşdırmalar hər gün yeyilən bir yerkökünün ağciyər xərçəngi ehtimalını yarıbayarı azaltdığını göstərir.
Kivi
Portağaldan iki qat çox C vitamini olan kivi nikotinlə mübarizə aparan vacib qidalar arasındadır.
Siqaret çəkənlər nikotin səbəbiylə A, C və E vitaminlərini itirdikləri üçün çox kivi yeməlidirlər.
Araşdırmaya görə, kivi DNT-də meydana gələ biləcək oksidləşdirici ziyanı məhdudlaşdırmaqla yanaşı, hüceyrələrin bərpa edilməsini də stimullaşdırır.
Balqabaq
Tərkibi beta karotenlə zəngin olan və bir qabın gündəlik A vitamini ehtiyacının 35%-ni ödəyən balqabaq siqaret çəkənlərin bədənində yığılmış nikotinin xaric edilməsində mühüm rol oynayır.
Kələm
Əhəmiyyətli bir xərçəng düşməni olan kələm antioksidan təsiri ilə bədəndə yığılan zərərli maddələri, xüsusilə nikotini xaric edir.
Tərkibindəki dəmir, kalsium, kalium və maqneziumla bədən sağlamlığını dəstəkləyir.