Hazırda atəş altında çalışan xəstəxanalarımız var. Hətta bəzi hallarda Ağdam, Tərtər, Füzuli, Beyləqan rayonlarında müalicə zirzəmidə aparılır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:
"Cəbhə bölgəsində həyatını itirən tibb işçilərimiz var. Təəssüf ki, bu olacaq. Bu gün biz daha çox lokal qapanmalara gedirik. ÜST-ün tövsiyələrində də qeyd olunmuşdu ki, iqtisadi prosesləri nəzərə alaraq, lokal qapanmalar tətbiq edilsin. Özümüzü xəstəlikdən qoruyaq".