Koronavirusun tənəffüs yolları vasitəsilə insana yoluxduğu məlumdur. İnsanların asqırdığı, öskürdüyü, toxunduğu səthlərdə virusun yaşaya biləcəyini nəzərə alaraq əlləri tez-tez sabunla yumaq tövsiyə olunur. Bəs virus hansı səthlərdə daha çox yaşayır?
Teleqraf.com xəbər verir ki, virus sərt səthlərdə daha uzun müddət yaşayır. Bunu nəzərə alaraq iş masaları, qapı tutacaqları kimi yerləri tez-tez dezinfeksiya etmək lazımdır. Virusun sərt səthlər üzərində yaşama müddəti 2-3 gündür. Viruslu səthlə təmas olunduğu zaman yoluxma ehtimalı 70 faizə qədər artır.
COVID-19 digər viruslarla müqayisədə daha ağırdır. Koronovirusun canlı halda havada qalma müddəti təqribən 3 saatdır. Bu səbəblə hava-damcı yolu ilə virusa yoluxmaqdan qorunmaq üçün qapalı məkanlarda daha az vaxt keçirmək tövsiyə olunur.
Gün ərzində azı 8-9 saat eyni geyimdə evdən kənarda oluruq. Koronavirus geyimlərimizi çıxardıqdan sonra 2-3 gün onların üzərində yaşaya bilər. Bu səbəbdən evə gəldikdən sonra geyimlərin 60 dərəcədə yuyulması tövsiyə olunur.
Plastik məhsullar COVID-19 infeksiyasının ən çox yaşadığı səthlərdəndir. Bu səbəblə hər hansı plastik məhsulla təmasdan sonra əllərin dezinfeksiyası tövsiyə olunur.
Kağız pullarla müqayisdə isə qəpik üzərində virusun yaşama müddəti daha yüksəkdir. Virus kağız pul üzərində bir neçə saat qalırsa, dəmir pulda 3 günə qədər yaşamaqdadır. Kağız pullar normal kağızdan yox, pambıq və kətan qarışımı olan maddələrdən hazırlandığı üçün virusun üzərində yaşama müddəti daha azdır. 3-4 saat toxunulmayan kağız pullarda virusun yaşamadığı deyilir.
Hazırkı vəziyyətə görə, hər hansı nəsnə ilə təmasdan sonra əlləri sabunla yumaq, yaxud dezinfeksiya etmək mütləqdir.