28 Noyabr 2020 16:59
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir ilə yaxındır ki, COVID-19 infeksiyası ilə birlikdə yaşayırıq. Dünya ölkələri virusla mübarizə üçün vaksin axtarışlarına davam edir.

Teleqraf.com xəbər verir ki, İngiltərədəki Astrazeneka-Oxford Universiteti tərəfindən hazırlanan koronavirus peyvəndi pandemiya ilə mübarizədə ümidverici nəticələr göstərsə də, tənqidlər artmaqdadır.

Bu tənqidlərdən sonra İngiltərə hökuməti peyvəndi yenidən araşdırmağa qərar verib. Yeni nəticəyə görə, peyvəndin COVID-19-a qarşı 70 faiz qoruma təmin etdiyi açıqlanıb.

İkinci və üçüncü mərhələ sınaqlarında əvvəlcə yarım doza və bir ay sonra tam bir doza peyvənd tətbiq olunub. Əldə olunan nəticələrə görə, peyvəndin 90 faiz təsirli olacağı bildirilir.

ABŞ mütəxəssisləri sınaqların 55 yaşa qədər insanların üzərində aparılmasına sərt reaksiya bildirib. Mütəxəssislərin fikrincə, sınaqlar yaşlı və immuniteti zəif insanların üzərində aparılmalıdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər