26 Dekabr 2020 11:58
2 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn həftə Çindən alınan peyvəndlərin Türkiyəyə gətirilməsi gözlənilir. 11-18 yanvar tarixlərində isə vaksinasiya prosesi başladılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama yayıb.

Onun sözlərinə görə, peyvəndlər iki həftəlik etibarlılıq üçün dispetçer mərkəzlərində 2-8 dərəcə arasında soyuducu anbarlarda saxlanacaq.

Məlumatda qeyd olunur ki, Çindən alınan bu peyvəndin insanlarda ciddi bir yan təsiri olmayıb.

Nazir bildirib ki, qorunmanın davam etməsi üçün ilk vaksinasiyadan 6 ay sonra təkrar peyvəndlənmə aparılacaq: “Vaksinasiya olunmadığı təqdirdə yoluxma və ölüm riski yüksəkdir. Peyvəndlənmədən sonra həyatımız xeyli asanlaşacaq. İl sonuna qədər 550 min doza peyvəndin Türkiyəyə gətirilməsi gözlənilir. Eyni zamanda, mart ayının sonuna qədər ölkəmizə 4,5 milyon doza vaksin gətiriləcək. Razılaşmamıza əsasən, 30 milyon doza qədər peyvənd əldə edilə biləcək. "


Müəllif: Aysel Azad

Oxşar xəbərlər