27 Dekabr 2020 14:40
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkər qamışı insanların gündəlik qida rasionuna daxil olan bitkilərdən biridir. Qədim dövrlərdə insanlar içkilərinin şirin olması üçün daha çox şəkər qamışından istifadə ediblər. Şəkər qamışı "poaceae" ailəsinə aiddir.

Teleqraf.com xəbər verir ki, şəkər qamışından daha çox tropik iqlim zonalarında istifadə olunur.

Lakin iqlimə tez uyğundaşdığı üçün demək olar ki, istənilən ərazidə yetişdirilə bilər. Gündəlik istifadə edilən şəkər tozu şəkər qamışının əsas materialından əldə edilir.

Şəkər qamışı antioksidan tərkiblidir. Bir çox yayılmış xəstəliklərin müalicəsində istifadə olunur. Şəkər qamışını isti suda qaynatmaqla istifadə edilir. Soyuqdəymə və digər qış xəstəliklərinə qarşı təsirli, təbii dərmandır.

Qədim dövrlərdən bəri şəkər qamışının bir çox xəstəliklərin dərmanı hesab olunur. Şəkər qamışını qaynadıb, suyunu içmək sidik yollarının açılmasına kömək edir. Bu faydası sayəsində böyrəklərdə daş əmələ gəlməsinin qarşısı alınır. Lakin digər qidalar kimi şəkər qamışından da çox istifadə insan səhhətində müəyyən problemlərə yol aça bilər.


Müəllif: Xanım Elxanqızı

Oxşar xəbərlər