Dünyanın COVID-19 pandemiyası ilə mübarizəsi davam etməkdədir. Mütəxəssislər pandemiyaya qalib gəlməyin tək yolunun vaksin olduğunu hesab edirlər. Hazırlanan vaksinlər arasında özünü ən çox doğruldan isə Çinin hazırladığı “Sinovac” peyvəndidir.
Teleqraf.com xəbər verir ki, mikroorqanizmlərin yaratdığı xəstəliklərdə mikroorqanizmlərin təsirinə görə xəstəlik ağır və ya yüngül keçir.
Koronavirus immunitet sisteminin gücünə görə 3 faiz öldürücülüyə sahibdir. Lakin bu infeksiyaya qarşı dərman tapılmadığına görə hələlik tək çıxış yolu vaksinasiyadır.
Ekspertlərin fikrincə, vaksinasiya aparılmadığı təqdirdə pandemiya uzun illər davam edə bilər.
Qeyd edək ki, Çinin hazırladığı “Sinovac” vaksini gələn həftələrdə Türkiyədə tətbiq olunmağa başlanılacaq.