1 Yanvar 2021 08:18
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gündəlik C vitamini qəbul etmək mədə xərçənginin qarşısını alır.

Teleqraf.com xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, gün ərzində 100 milliqram C vitamini istehlak etmək mədə xərçənginin inkişaf riskini 26 faiz aşağı salır.

Xüsusilə koronavirus pandemiyası ilə mübarizədə immunitet sistemini gücləndirir.

Mədə xərçəngi kişilərdə 5-ci, qadınlarda 6-cı ən çox görülən xəstəliklərdən biridir. Mədə xərçəngində ilk növbədə risk faktorlarından xəbərdar olmaq lazımdır. Pəhriz ilə qəbul edilən hər 20 qram doymuş yağ mədə xərçəngi riskini 8 faiz artırır.

C vitaminin dərman yox, qida vasitələri ilə istehlak olunması tövsiyə olunur. C vitamini güclü antioksidan vitaminlərdən biridir. Bədəndəki zərərli maddələri toplayır və orqanizmdən xaric edir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər