Dünya COVID-19-la mübarizədə vaksinasiyaya başlayıb. Peyvəndlənmə müddətində ilk olaraq risk qrupuna daxil olan şəxslərə vaksin vurulacağı qeyd olunur. Bəs xərçəng xəstələrinə vaksin vurulacaqmı?
Teleqraf.com xəbər verir ki, türkiyəli mütəxəsislərin fikrincə, xərçəng xəstəsinin ümumi vəziyyəti yaxşıdırsa, peyvənd olunması məsləhətdir.
Müxtəlif texnologiyalarla hazırlanan COVID-19 vaksinlərinin heç biri canlı virus vaksini deyil. Araşdırmalarda xərçəng xəstələrinin iştirak etməməsi mövzu ilə bağlı suallara səbəb olub. Lakin mütəxəssislər qeyd edirlər ki, xərçəng xəstələrinə COVID-19 vaksininin vurulması onların yoluxma riskini aşağı salacaq.
Eyni zamanda qeyd edilir ki, COVID-19 vaksinlərinin yan təsiri yox dərəcəsindədir.