Gündəlik həyatımızda tez və asan hazırlanan yeməklərə təlabat artıb. Bir çox mütəxəsislər vitamin dəyərini itirməsin deyə, tərəvəzlərin çiy yeyilməsini tövsiyə etsə də, bu hər tərəvəzə aid deyil.
Teleqraf.com heç vaxt çiy istehlak etməməli 9 qidanı təqdim edir.
Badam - acı badam ekstraktı bir vaxtlar dərman olaraq istifadə edilib. Ancaq kiçik dozalarda istifadə olunmasına baxmayaraq, uşaqlarda ağır, hətta ölümcül təsirlərə səbəb olub.
İspanaq - adətən yarpaqları ilə satılsa da, yeməli hissəsi yalnız gövdələridir. Birinci Dünya Müharibəsi zamanı İngiltərədə yarpaqları səhvən qida mənbəyi olaraq istifadə edilib. Bu isə insanların zəhərlənməsinə səbəb oldu. Yarpaqları sodalı su ilə yumaq soda və turşular arasında reaksiyaya başlayaraq onları daha zəhərli edə bilər.
Lobya- çiy lobya bişirildiyi zaman çıxarılmalı olan zərərli toksin ehtiva edir. Qırmızı və yaşıl lobya xüsusilə zəhərlidir. Tərkibindəki toksinlər qaynadılmadan məhv edilə bilməz.
Göbələk - ağır metalları, o cümlədən radioaktiv metalları udma meyli olduğuna görə, zəhərlənməyə səbəb ola bilər.
Bambuk tumurcuqları - bir çox Asiya yeməklərində və bulyonlarında istifadə olunur. Çiy bambukda bəzi siyanogen toksinlər ola bilir. Zəhərlənməyə səbəb olan toksinlər yaxşıca bişirilərək məhv edilməlidir.
Zəncəfil - dünyada yarım milyarddan çox insan pəhriz zamanı bu qidadan istifadə edir. Bu qida düzgün şəkildə istifadə olunmadıqda. Zəhərlənməyə səbəb ola bilər.
Kartof - tamamilə təhlükəsiz tərəvəzdir. Kartofları uzun müddət nəmli yerdə saxlasanız cücərməyə başlayacaq. Cücərmədə əmələ gələn bakteriyalar kartofa keçirək onda qalacaq. Bu səbəblə kartofu quru və sərin yerdə saxlamaq və bişirərək istehlak etmək tövsiyə olunur.
Xərçəng - fermalarda yetişdirilir. İnfeksiyaların, xəstəliklərin və parazitlərin yayılmasının qarşısını almaq üçün fermerlər heyvanların yeminə antibiotiklər əlavə edir, pestisidlər və funqisidlərlə doldururlar. Xlor daxil olmaqla çox miqdarda kimyəvi qatqı əlavə olunur.
Sosiska – yaxud da yarı bişmiş kolbasa əslində sağlamlığımız üçün son dərəcə təhlükəlidir. Çünki çiy kolbasada listeria bakteriyası var. Bu təhlükəli bakteriyalar zəhərlənməyə səbəb olaraq, həzm sistemini poza bilər. Bu ehtimalı aradan qaldırmanın yeganə yolu sosisləri yaxşı bişirməkdir. Mütəxəssislər kolbasa məhsullarını çiy istehlak etməməyin lazım olduğunu vurğulayırlar.