Azərbaycanda övladlığa götürmə asanlaşdırılır. Bununla bağlı Ailə Məcəlləsində dəyişiklik edilir.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Milli Məclis Ailə Məcəlləsinə dəyişiklikləri ikinci oxunuşda müzakirəyə çıxarıb.
Dəyişikliklərlə bağlı məlumat verən komitə sədri Hicran Hüseynova deyib ki, Prezidentin 2018-ci ildə “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilmiş və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılıb.
Onun sözlərinə görə, indi təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır.