26 Fevral 2021 15:44
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda pandemiya ilə mübarizədə paradoksal vəziyyət yaranıb. Bir tərəfdən ÜST rəhbəri deyir ki, pandemiya nəzarət altına götürülüb. Virusun lokallaşdırılması üzərində ciddi işlər gedir. Digər tərəfdən isə COVID-19-un yeni mutasiya növləri olan Britaniya ştammı və Orta Asiya ştammının yayılması ilə bağlı narahatlıqlar var.

Bu sözləri Teleqraf.com-a açıqlamasında professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, virusun mutasiya keçirmiş növlərinin yayılması üçüncü dalğanın başlayacağı ilə bağlı böyük narahatlıqlara səbəb olur: “Bütün hallarda epidemioloji vəziyyəti izləməliyik. Qərarları statistik göstəricilərə görə qəbul etməliyik. Karantin tədbirlərinin sərtləşdirilməsi buna əsasən ola bilər”.

Professor əhali arasında qrip viruslarının kütləvi şəkildə yayılmasına da münasibət bildirib: “Hər il payız-qış aylarında mövsümü soyuqdəymə xəstəliklərinin həcmi artır. Bu günyayılmış soyuqdəymə xəstəliklərini qrip adlandırmaq düzgün olmaz. Konkret olaraq yuxarı tənəffüs yollarında mikroorqanizmlərin fəallaşması ilə iltihab baş verir və qripəbənzər əlamətlərlə davam edir. Bu, koronavirus fonunda əlavə problemlər yaradaraq, diaqnoz qoymaqda çətinliklərə səbəb olur. Pandemiyanın buna aidiyyəti yoxdur.

Pandemiyanın yavaş-yavaş sönməsi zamana,kollektiv immunitetə bağlıdır. Hesab edirəm ki, pandemiya yaxın bir neçə il ərzində tamamilə yox olub gedəcək”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər