1 Mart 2021 09:14
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar sosial şəbəkələrdə mart ayında təhsil müəssisələrinin fəaliyyətini dayandıracaq ilə bağlı məlumatlar yayılıb.

Təhsil Nazirliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar əsassızdır.

Mövcud pandemiya şəraitində ümumtəhsil müəssisələrində təhsilin davam etməsi müvafiq qayda və normalara uyğun olaraq təşkil edilir. Müəssisələrin açılması və bağlanması barədə qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanır.

Ənənəvi tədris bərpa olunduğu 1-21 fevral tarixlərində nazirlik tərəfindən aparılan statistikaya görə, ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 nəfərdir. Bu rəqəm isə əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizini təşkil edib. Virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfərdir ki, bu da ümumi işçi sayının 0,13 faizini təşkil edib.

Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər