Braziliyada bioloji tədqiqatlar aparan Butantan İnstutunun rəhbəri Dimas Kovas COVID-19-un yeni növünü aşkarlayıb.
Teleqraf.com xəbər verir ki, Sorocaba qəsəbəsində COVID-19-un Cənubi Afrika variantı ilə oxşar xüsusiyyətlərə sahib virus aşkarlanıb.
Virus aşkarlanan şəxs Cənubi Afrikaya səyahət edən heç kimsə ilə təmasda olmayıb. İlkin ehtimallara görə yeni virus ölkənin Amazona əyalətində, Manaos şəhrinde aşkarlanan virusun mutasiya keçirmiş daha yoluxucu halıdır.
Qeyd edək ki, 210 milyondan çox əhalisi olan Braziliya ABŞ-dan sonra pandemiyadan ən çox təsirlənən ölkədir.