Risk qrupuna aid uşaqlara COVID-19 vaskini vurula bilər.
Teleqraf.com-un məlumatına görə, bunu baş pediatr Erkin Rəhimov deyib.
Onun sözlərin görə, bunlar xroniki xəstəliyi, böyrək, ürək çatışmazlığı və s. xəstəliklərdir: "Artıq bəzi uşaqlarda xəstəliyin ağır nəticələri olduğuna görə onların da peyvənd olunması lazımdır".
Baş pediatr bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "Pfizer" peyvəndinin 12 yaşdan yuxarı uşaqlara vurulmasının mümkünlüyü təsdiqlənib: "Digər peyvəndlərdə tədqiqatlar aparılır. İnanıram ki, peyvəndlərin gələcəkdə bir neçəsinin də uşaqlara vurula bilməsi təsdiqlənəcək".
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda könüllülük prinsipi əsasında vaksinasiya prosesinə başlanılıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 964 102, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 417 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 546 929 təşkil edir.