7 Yanvar 2022 11:14
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Coffemania” restoranlar şəbəkəsinin Nərimanov filialında müştəriyə təqdim edilən təamın içərisindən ilbiz çıxması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Gültəkin Əsgərova adlı sosial şəbəkə istifadəçisi bununla bağlı şəxsi səhifəsində paylaşım edib.

Teleqraf.com-un məlumatına görə, Gültəkin Əsgərova "İlbiz yemək istəyənlər gəlsin" qeydi ilə fotonu səhifəsində yerləşdirib.

Gültəkin Əsgərova paylaşımında bildirib ki, içində ilbiz olan qabı restoran işçilərinə göstərib, onlar isə məsələni aydınlaşdıracaqlarını söyləyiblər: "Qabı götürüb apardılar, dedilər aydınlaşdırıb açıqlama verəcəklər. Hesabı istədik, ilbiz çıxan yeməkdən başqa ödənişi etdik, həmin yeməyi hesabda silmişdilər. Dedilər, oturun kofe ikram edək, oturmadıq, çıxdıq məkandan".

Müştərinin sözlərinə görə, restoranda ilbiz çıxan göyərtinin onlara paketdə gətirildiyini deyiblər: “Belə başa düşdüm ki, özləri yumur, tədarükçü yuyulmuş formada gətirir. Bəlkə də belə deyil”.

Teleqraf.com-a restoranın piar meneceri olduğunu bildirən Elmin Səlimov da həmin göyərti məhsullarının onlara paket formasında gətirildiyini deyib: “Biz Nərminov filialında baş verən bu fakta görə xanım müştəridən üzr istəmişik. Amma bildirim ki, bizə o göyərti məhsulları paket halında gəlsə belə servis olunarkən ona baxılmalı idi. Çox təəssüf ki, bu hal baş verib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər