25 Aprel 2022 17:26
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirə edilib.

Komitənin sədri Tahir Rzayev bildirib ki, gündəliyiə “Qida təhlükəsizliyi haqqında” qanunlayihəsi (üçüncüoxunuş) daxildir.

Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi AzərbaycanRespublikasının ərazisində insanların,həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.

Tahir Rzayev qeyd edib ki, sənəd komitədə və plenar iclasda ikioxunuşda geniş müzakirə olunub və qəbul edilib. Plenar iclasda deputatlar tərəfindən verilmiş təkliflərin bir çoxu qanun layihəsində öz əksini tapıb.

Sənədin qəbulunun bu günün reallığı üçün vacib olduğunu bildirən komitə sədri vurğulayıb ki, layihə komitə üzvlərindən, Milli Məclis Aparatının müvafiq şöbəsinin və aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu tərəfindən işlənilib və 38 maddəyə dəyişikliklər olunub.

İclasda çıxış edən Milli Məclisin deputatları Sabir Hacıyev, Elşən Musayev, Eldar Quliyev, İqbal Məmmədov, Azər Badamov, Etibar Əliyev qida zəncirinin bütün mərhələlərində standartlara əməl olunması və digər məsələlərlə bağlı fikirlərini bildiriblər.

İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli MilliMəclisin sədri başda olmaqla bütün MilliMəclis üzvlərinə qanun layihəsinin genişmüzakirəsi üçün təşəkkürünü bildirib. Qeyd edibki, bu qanunun tətbiqi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi, məhsuldarlığın artırılması və ölkəmizdə istehsal olunan məhsulların ixrac potensialını genişləndirmək məqsədi daşıyır.

Müzakirələrin sonunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.


Müəllif: Nemət