26 Noyabr 2022 14:11
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadan gətirilən 16 Azərbaycan vətəndaşı ilə bağlı sosial xidmət müəssisəsində sosial reabilitasiya xidmətlərinə başlanıb.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi repatriantların qarşılanmasını və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsini təmin edib. Müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanıb.

İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır.

Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir.

Qeyd edək ki, noyabrın 24-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Onlardan 13 nəfəri uşaq və 3 nəfəri qadındır.

Xatırladaq ki, bu günədək İraq və Suriyadan 380-i uşaq, 29-u qadın olmaqla 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər