1 Mart 2023 15:39
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa şəhərində yeni su anbarının tikintisinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, bunu “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

O bildirib ki, şəhər ərazisində iki yeni su anbarı olacaq: "Həmin anbarlarda birinin tikintisinə başlanılıb. Artıq anbarın betonlanma işi həyata keçirilir. Anbarın tikintisi yaxın vaxtlarda başa çatdırılacaq. Bu anbara toplanan su heç bir elektrik enerjisindən asılı olmadan istehlakçılara paylanacaq".

Qeyd edib ki, inşası aparılan su anbarı hər biri 1000 kubmetr olmaqla iki hissədən ibarətdir: "Bu, birinci su anbarıdır. Eyni tutumda daha bir su anbarının da tikintisi yaxın vaxtlarda reallaşdırılacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər