31 Mart 2023 09:41
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Abşeron rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində Ulu Öndərin unudulmaz xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüququ-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak edib.

Gənclərin və könüllülərin də fəal qatıldığı aksiyada 1000-ə yaxın ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilib.

Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri həyata keçirilib, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub.

Bundan əlavə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıq sahələri salınıb, mövcud yaşıllıqlara isə daimi qulluq göstərilib.


Müəllif: Teleqraf.com