"Bu gün 40 min bağ evində kanalizasiya xətti varsa, 5 manat, yoxdursa, 3,50 manat ödəyir".
Teleqraf.com xəbər verir ki, bunu "Azərsu " ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər 100 minə sayğacın quraşdırılması nəzərdə tutulur:
"Bu gün hələlik abonentlərimizin 11%-i sayğacla təmin olunmayıb. Sayğaclarla bağlı ən çətin durum Bakıətrafı ərazilərdədir. Paytaxtın Türkan və Zirə qəsəbələrində sayğaclara baxışla bağlı ən çətin vəziyyətdir. Çünki sayğaclar darvazaların içərisində yerləşir".