9 Noyabr 2023 11:20
3 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar-oktyabr aylarında 41,3 min şəxsə əlillik təyin edilib, 69,8 min şəxsə reabilitasiya xidməti göstərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında 41,3 min şəxsə əlillik təyin edilib.

Onlardan 20,5 mininə ilkin, 20,8 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 69,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər