19 Dekabr 2023 12:50
3 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boşanmalarla bağlı məsələ Ədliyyə Nazirliyinin səlahiyyətindədir və biz onlarla birlikdə bu prosesdə iştirak edirik.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı”n müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, problemli boşanmalar zamanı nazirlik Dövlət Komitəsinə müraciət edir: “Ötən il nikahın xitamına dair bir konfrans keçirdik. Konfransda kifayət qədər ciddi müzakirə oldu və biz nəticələrlə bağlı tövsiyələrimizi aidiyyəti qurumlara verdik. Boşanmaların bir çoxu ailədə iqtisadi vəziyyətlə bağlı olurşa, boşandıqdan sonra bu vəziyyət daha da kəskinləşir. Buna görə də biz Aliment Fondunun yaradılması ilə bağlı təklifləri vermişik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər