Ağdaş və Zaqatala rayonlarında, həmçinin Bakı şəhəri Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, aşkar olunmuş qaz sızmasının ləğvi üçün yeni çəkilmiş diametri 76 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdiriləcək. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 21-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş və Zaqatala rayonlarının, eləcə də Bakı şəhərinin Xəzər rayonunun Qala və Şüvəlan qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.