24 İyun 2016 17:48
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, müdafiədə rektor, akademik Abel Məhərrəmov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, fakültənin müəllim və tələbələri də iştirak edib.

Tədbirdə çıxış edən rektor Abel Məhərrəmov müdafiədə iştirakı ilə bağlı Maral Nəcəflinin müraciətini yüksək qiymətləndirdiyini bildirib. İddiaçının hazırlığını, fikirlərini sərbəst şəkildə əsaslandırdığını qeyd edib və kitabını hədiyyə edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim edilən iş haqqında müsbət fikirlər səsləndirib, qəzeti ümummilli tələbə qəzetinə çevirmək istiqamətində təkliflər irəli sürüb.

Qeyd edək ki, fakültənin dekan müavini Könül Niftəliyevanın elmi rəhbəri olduğu buraxılış işi yüz balla qiymətləndirilib.

Sonra həmin kafedranın diplomçusu Tünzalə Paşayeva “BDU Mətbuat xidməti medianın informasiya mənbəyi kimi” adlı buraxılış işini təqdim edib.

Sonra Qızılgül Rəhimova «Azərbaycan telekanallarının inkişaf perspektivləri, Faiq Kərimoğlu «TV tok-şoularında mövzu seçimi problem kimi», Şəfa Dadaşova «2-ci Dünya müharibəsi dövrünün publisistləri: Rəsul Rza, Rza Quliyev», Çinarə İsmayılova «Azərbaycan media məkanında jurnalistin peşə etikası problemləri», Niftulla Məmmədli «Azərbaycan» qəzetində parlament mövzusu (1918-1920)” və Nərmin Əkbərova «Sosial mediada» etik davranış qaydalarının tətbiqi təcrübəsi» mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər