4 İyul 2016 15:52
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Sabiha Gökçen aeroportunda Dubay hava yolları vasitəsilə göndərilən və dəyəri 1 milyon dollar olan zinət əşyaları aşkarlanıb.

Teleqraf.com Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir ki, hadisədə şübhəli bilinən Azərbaycan vətəndaşı Y.D. saxlanılıb.

Onun aeroportun yük yerindən götürdüyü çay qutusuna baxış zamanı oradan 5,5 kiloqram xam zümrüd aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, azərbaycanlı bu daşları Qapalı Çarşı deyilən əraziyə gətirib, burada hazırlayıb və satmaq fikrində olub. Hazırlanandan sonra bu daşların qiyməti 3 milyon dollar olacaqdı.

Şübhəli şəxs dindirildikdən sonra deportaisya edilməsi üçün Miqrasiya İdarəsinə gətirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər