12 İyul 2016 23:16
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonu ərazisində əkin sahələrinə gəmiricilər daraşıb.

Teleqraf.com EL TV-yə (Region TV) istinadən xəbər verir ki, fermerlər taxıl biçiləndən sonra yonca sahələrində ziyanvericilərə daha çox rast gəldiklərini deyirlər.


Fermer Zülfüqar Həsənov bildirib: "1 kv.m yerdə 10-15 dənə siçan yuvası var. Bunların kütləvi artması yoncanı tamam məhv edib”.

Bir hektar ərazidə 1500-2000-ə yaxın siçan var. Fermerlər zərərvericiləri məhv etmək üçün sahələrə su buraxsalar da, bu, yaxşı nəticə vermir.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin Respublika Bitki Mərkəzi tərəfindən isə Göyçayda gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb. Mərkəzin nümayəndələri bildirirlər ki, ümumilikdə bu il gəmiricilərə əsasən Tərtər, Goranboy, Ağdam və Ağcəbədi rayonları ərazisində rast gəlinib. Ümumilkdə 46 min hektardan çox ərazidə ziyanvericilərə qarşı mübarizə aparılıb.

Əgər 1 hektar sahədə 300-dən çox siçan yuvası aşkarlanarsa, bu, ziyanlı hədd hesab olunur. Mübarizə tədbirləri isə dövlət vəsaiti hesabına aparılır. Kimyəvi tərkibli preparatların qatıldığı yem sahələrə qoyulur. Respublika Bitki Mərkəzinin rəis əvəzi Damət Sultanov bildirib: "Aparılan bütün uçot müşahidələr göstərir ki, bu zərərvericilərin dinamikası nəzarətimiz altındadır və heç də təşvişə düşmək, narahat olmaq lazım deyil”.

Respublika Bitki Mərkəzindən gəmiricilərə qarşı mübarizə ilə bağlı fermerlərə tövsiyələrin də verildiyi bildirilir.


Müəllif:

Oxşar xəbərlər